31 may 2020 14:43
1876

UNEC-in tələbəsi qalib oldu - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü və təşkilatçılğı ilə 2007-ci ildən etibarən hər il keçirilən “Tələbə baharı” XIII Ümumrespublika tələbə yaradıcılığı festivalında Muğam musiqi nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

“İki sahil” xəbər verir ki, qalib Gənclər və İdman naziri Azad Rəhimovun imzası ilə olan diplom və hədiyyələrlə təltif olunub.

29 may 2020-cu il tarixdə Festivalın Qala konserti myuzikl formatında keçirilib. Layihə televiziya variantında hazırlanaraq tamaşaçılara təqdim ediləcək.

UNEC Yaradıcılıq Mərkəzinin üzvü olan Yusif Cəfərbəyli 2019-cu ildə keçirilən “Tələbə baharı” festivalında 2-ci yerə layiq görülmüşdür.