KÖŞƏ

Vəli İlyasov

Xaricdəki şoumenlər dəstək qazana bilməsələr də pul qazanırlar

04 sentyabr 2019 11:25
367

Xarici ölkələrə siyasi motivlərdə gedən adamların xarakterini öyrənəndə görürük ki, bunlar halal əməyə xor baxan, özündən razı, iddiası imkanlarından böyük olan pul hərisləridir. Hazırda onların xaricdə Azərbaycan dövləti əleyhinə apardıqları “qara piar” kampaniyası da bunu sübut edir. Məhz bu səbəbdən cəmiyyətə bağlı olmayan, xalqımızın qayğıları ilə yaşamayan xaricdəki antimilli ünsürlər və onların azsaylı numayəndələri Azərbaycan cəmiyyətinin dəstəyini qazana bilməzlər. Sevinc Osmanqızı, Qurban Məmmədov, Orduxan Teymurxan, Qənimət Zahid və başqaları ağalarının yardımı ilə açdıqları internet telekanalları vasitəsilə mənasız təbliğat aparmaqla pul qazanırlar. Onların Azərbaycandakı qanuni hakimiyyəti gözdən salmağa istiqamətlənmiş verilişləri boşboğazlıqdan başqa bir şey deyil. Çünki həmin şou-verilişlərin iştirakçıları ortaya heç bir fakt qoya bilmirlər. Ona görə də özləri deyib özləri eşidirlər.

Antimilli qüvvələrin böhtan kampaniyalarının əsl mahiyyəti xaricdəki Azərbaycan diaspor təşkilatlarının nümayəndələri tərəfindən də açılıb göstərilir. Onların qara niyyətləri daha geniş auditoriyada izah edilir və bu səbəbdən də bədxahlarımızın apardıqları işlər gözlədikləri effekti vermir.

 Bunu müşahidələr də göstərir. Xarici ölkələdə sığınacaq tapmış bu antimilli ünsürlər nə qədər çalışsalar da geniş auditoriya toplaya bilmirlər. Bəzən insanların gur olduğu küçələrdə, parklarda uca səslə çığır-bağır salıb ətrafdakıları cəlb etməyə çalışsalar da alınmır, heç kəs onların dediklərinə məhəl qoymadan keçib gedir. Bu şoumenlər troll izləyici və özləri kimi radikal mövqedə olan insanlardan başqa heç kimin dəstəyini qazanmırlar. Onlar özləri də etiraf edirlər ki, auditoriyaları kiçikdir və xalqdan dəstək görmürlər.

Əslində auditoriyanın böyük və ya kiçik olmasının onlara dəxli yoxdur, çünki ağalara şişirdilmiş rəqəmlər verərək nökər haqlarını qoparırlar. Ancaq qoparılan pulların bölüşdürülməsi bizim nağıllardakı bir mənzərəyə -şirin, çaqqalın və tülkünün dovşanı necə ovlayıb bölüşdürməsinə bənzəyir.

Bəzən sponsorlardan alınan pulların bölüşdürülməsi ilə bağlı konfliktlərin də şahidi oluruq. Bir-birinə kələk gəlmək, pul oğurlamaq bunlara xas olan xüsusiyyətləridir. Xatırladaq ki, belə faktlar saysız-hesabsızdır. Hətta “siyasi mühacir”lər arasında baş verən belə əhvalatlar son vaxtlar mətbuat səhifələrinə də ayaq açır. Belə əhvalatlar əsasən saxta mühacir sənədlərinin “düzəldilməsində” baş verir. Belə çirkli işlərdə Qənimət Zahidin, Əli Kərimlinin, oğlu Türkelin və başqalarının adları daha çox hallanır. Diaspor təşkilatlarının fəaliyyəti nəticəsində bu cür hallar müəyyən edilir və qarşısı alınır. Ancaq xaricə haram pullar qazanmağa gedənlər öz yaramaz işlərindən könüllü olaraq əl çəkmək istəmirlər. Pul əldə etmək imkanı tapan kimi əllərində dəstəvuz etdikləri “demokratiya” və “qanun”ları bir kənara ataraq öz “işləri” ilə məşğul olurlar. Belə “işlər”in sifarişini verənlər isə Azərbaycanı gözü götürməyən bəzi dairələrdir. Cızılmış ssenariyə əsasən xaricdəki “cib müxalifəti”ni təmsil edən nankorlar hakimiyyət nümayəndələrini, iş adamlarını ləkələməyə, xalqda onlara qarşı nifrət oyatmağa və sonra vətəndaş itaətsizliyinə səfərbər etməyə cəhd göstərirlər. Son məqsədləri isə hər hansı bir rəngdə inqilab, dövlət çevrilişi etməkdir. Ancaq göründüyü kimi, bütün bunlar nağıla bənzəyir. Çünki Azərbaycan xalqı bunların iç üzünü bildiyindən qeybətlərinə inanmır, heç bir çağırışlarına və ya şoularına əhəmiyyət vermir.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...