14 noyabr 2019 16:51
333

Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib

Noyabrın 14-də Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 4354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.