23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı təbliğat-təşviqat kompaniyası çərçivəsində partiya tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin şəkilləri və digər təşviqat materialları təşviqat lövhələrinə və müəyyən olunmuş yerlərdə vurulmasına başlanıb.
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri bu kompaniyada xüsusi fəallıq göstərirlər. Ağcabədi rayonunda 41 bələdiyyə üzrə 361 nəfər yerə YAP Ağcabədi rayon təşkilatı tərəfindən 361 nəfər namizəd irəli sürülüb, onlardan 358-i qeydə alınıb.
YAP Ağcabədi rayon təşkilatı partiyadan olan namizədlərin seçilməsi üçün mövcud qanunvericilik çərçivəsində bütün təbliğat və təşviqat proseslərində fəal iştirak edərək seçkilərdə qalib gəlmək üçün bütün qüvvələrini səfərbər ediblər.
Orxan Vahidoğlu, “İki sahil”
Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb
Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub - FOTO
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar