20 iyul 2019 19:39
260

Yasamalda çoxmərtəbəli binada yanğın baş verib, 6 nəfər təxliyə olunub

Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və binanın dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.