14 yanvar 2020 15:48
711

Yeraltı piyada keçidlərində təmizlik işləri aparılır 

Bakı şəhərində və şəhər ətrafı avtomobil yollarında olan yeraltı piyada keçidlərində təmizlik işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İki sahil"ə verilən məlumata görə, bu çərçivədə yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sisteminin barmaqlıqları və süzgəcləri kənar cisimlərdən təmizlənərək ötürücülüyü bərpa olunur, keçidlərin pilləkən və qalereya hissələri yuyulub təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi piyada keçidlərindən istifadə edən vətəndaşlardan təmizliyə riayət etmələrini və siqaret kötüyü, saqqız kimi istifadə olunmuş hər-hamsı qalığı yerə, xüsusi ilə barmaqlıqların arasına atmamağını xahiş edir.