26 iyun 2020 15:07
364

102 illik Şanlı Ordumuz

​Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində dövlət ​ quruculuğu sahəsində əldə edilmiş çox mühüm və tarixi nəticələrdən biri ​ məhz Cümhuriyyət ordusunun yaradılması olmuşdur. Müasir ordumuzun sələfi kimi qəbul etdiyimiz bu ordunun formalaşdırılması Azərbaycan xalqının dövlətçilik tarixində, Azərbaycanın hərb tarixində yeni bir mərhələnin başlanğıcını təşkil edir. Cümhuriyyət ordusunun yaradılması həm də Azərbaycanda müstəqil nizami ordu quruculuğunun başlanğıcını qoydu.

Tarixi varislik ənənəsinə sadiq olaraq ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu addım Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli idi.

Həmçinin yenidən müstəqilliyini əldə edən gənc respublikamız üçün Silahlı Qüvvələrin yaradılması müstəqil dövlət quruculuğunun, tarixçilik prinsipinə dayanan dövlətçilik strategiyamızın mühüm nailiyyətlərindən biri idi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordudur. Tam əminlikə demək olar ki, bu gün Azərbaycan Ordusu özünün şərəfli ​ tarixini, əsl yüksəliş dövrünü yaşayır. Ölkəmiz hərtərəfli inkişaf etmiş​ güclü dövlət olduğu kimi, güclü də ordu yarada bilmişdir. Azərbaycan Ordusu Azərbaycanın şərəfi, ərazi bütövlüyü, Çingizin, Allahverdinin, Mübarizin və yüzlərcə şəhidimizin intiqam alovudur.

Ordumuzun yaradılması əslində müstəqilliyimizin tarixidir. Azərbaycan əsgəri 1918-1920-ci illərdə Qafqaz-İslam ordusu ilə birgə erməni-bolşevik işğalına qarşı igidliklə vuruşdu. 1941-45-ci illərdə dünyanın faşizmdən xilasına qarşı misilsiz qəhrəmanlıq göstərdi. 1995-2018-ci illərdə Azərbaycan​ tarixinin ən qüdrətli əsgəri, ordusu oldu. Tarix dəyişir, dövrlər bir-birini əvəzləyir, bu 102 illik qəhrəmanlıq yolu isə davam edir.

​Vüsalə FƏTULLAYEVA

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura Üzvü,

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüsü