Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyəti fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramovun daxil olacaqları nümayəndə heyətinin səfəri İsrail Knessetinin beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.
Ceyhun Bayramov: Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi
Sahibə Qafarova: Enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub
Fələstin Prezidenti İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib