07 fevral 2016 00:48
2381

Milli Məclisin deputatları İsrailə səfər edəcəklər

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyəti fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramovun daxil olacaqları nümayəndə heyətinin səfəri İsrail Knessetinin beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.