09 oktyabr 2018 16:55
3063

Rusiyadan Azərbaycana illik turist axını 30 faiz artıb

“Rusiyalı turistlər üçün Azərbaycan çox maraqlı və cəlbedicidi. Statistika göstəriri ki, Rusiyadan ölkəmizə illik turist axını 30 faiz artıb”. Moskvada Azərbaycanın turizm imkanlarına həsr olunan tədbirdə bu barədə məlumat verilib.

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində Rusiyanın turizm agentliklərinin 100-dən çox nümayəndəsi iştirak edirdi. Tədbir iştirakçılarına Azərbaycanda ən müxtəlif turlar, o cümlədən “İpək yolu turu”, “Şərab turu“, “Həftə sonu turu”, “Qastronomik tur” və digər səyahət növləri, otellər, istirahət zonaları barədə məlumat verildi. 

Rusiyadan Azərbaycana illik turist axının 30 faiz artdığını deyən, ölkəmizin Rusiyadakı turizm nümayəndəliyinin rəhbəri Alla Arieta Kordoves, bü cür tanıtım tədbirlərinin digər regionlarda da keçiriləcəyini diqqətə çatdırdı.

Təqdimat mərasimində iştirak edən yerli turizm şirkətlərinin nümayəndələri, Azərbaycana maraq göstərən Rusiyalı turistlərin sayının tədricən artdığını bildirdilər.Vurğulandı ki, bu il qeydə alınmış paket turlara tələbat ötənilki, eləcə də əvvəlki illərin göstəricilərini xeyli üstələyir. Bundan başqa Rusiyalı turistlər məhz fəal istirahət məqsədilə Azərbaycana gedirlər.

Sonda qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən çap məhsulları təqdim olundu.