26 oktyabr 2018 16:02
3320

6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 6 qrant müsabiqəsində 117 layihəni maliyyələşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “İnnovasiyalar həftəsi" çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, тazirliyin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində prioritet olan istiqamətlər üzrə işlər aparır.

Nazir qeyd edib ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafж Dövlət Fondu fəaliyyət göstərir. Kommersiyalaşmış uğurlu layihələrin maliyyələşməsi üçün fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib.