12 noyabr 2018 14:35
2584

Festivalda milli rəqsləriniz çox xoşuma gəldi

Bakı şəhərində işləyirəm. Eşitdim ki, Lənkəranda Çay, çəltik və sitrus festivalı keçirilir. Hindistan çayın vətəni olduğu üçün bu festivalda iştirak etməyi qərara aldım.

Bu sözləri Hindistan vətəndaşı Partha Sarati AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Göyçayda keçirilən Nar festivalında iştirak etdiyini, Lənkərana birinci dəfə gəldiyini vurğulayan hindistanlı turist daha sonra deyib: “Festivalda nümayiş olunan kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri, rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları, xüsusilə, milli rəqsləriniz çox xoşuma gəldi. Dostlarımla yenidən Lənkərana gəlməyi düşünürəm”.