07 yanvar 2019 18:55
647

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə yanvarın 31-dən fevralın 20-dək qəbul ediləcək. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, elektron ərizə vermiş namizədlər martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) götürməlidirlər.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi martın 30-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısının yanvarın 10-dan nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılması qeyd olunub.