“Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” MMC müflis elan edilə bilər.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsində müflisləşmə barədə idda qaldırıb.
Məhkəmənin hazırlıq iclası fevralın 28-də saat 15:00-a təyin edilib.
Qeyd edək ki, “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” 2012-ci ilin iyulun 31-də dövlət qeydiyyatına alınıb.