12 mart 2019 11:20
1773

Qaradeyin kəndində görüş - FOTO

Yeni Azərbaycan Pariyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayonun Qaradeyin kəndində seçicilərlə görüşüb.

C.Osmanov son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açıb. Bütün görülən işlərin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən Milli Məclisin deputatı cənab Prezidentin son günlərdə imzaladığı Fərman və sərəncamlara da diqqət çəkib. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Osman Alıyev, Fərhad Vəliyev, Eldəniz Hüseynov, Məhəmmədəli Mustafayev, Səməd Məmmədov, Bəhlul Mustafayev və Rəhilə İsayeva bildiriblər ki, cənab Prezident İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşamasına və ölkəmizin daha da çiçəklənməsinə xidmət edir.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları  cavablandırıb.

Tədbirdən sonra bir qrup görüş iştirakçıları ilə birlikdə Cavid Osmanov xəstə olan kəndin nüfuzlu ağsaqqalı Əsgər İsayevin yaşadığı evə gedərək onunla və ailə üzvləri ilə görüşüb, qocaman partiya üzvünün problemləri ilə maraqlanıb.

Orxan Vahidoğlu, “İki sahil”