İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək.
Publika.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani danışıb.
Dövlət televiziyasında çıxış edən prezident bildirib ki, buna səbəb ABŞ-ı ölkəsinə tətbiq etdiyi maliyyə sanksiyalarıdır: "Bu sanksiyalar insanlığa qarşı işlənən cinayətdir".
Embarqonun ölkənin valyutasının dəyərinə ciddi zərər vurduğunu qeyd edən Ruhani bu problemin öhdəsindən gəlmək qabiliyyətində olduqlarını da vurğulayıb.