23 mart 2019 15:00
1038

Paşinyan və Kasprşik nəyi müzakirə ediblər?

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı etimad və sülh prosesi üçün zəruri olan şəraitin formalaşdırılması istiqamətin tədbirlər görülməsinin vacibliyini qeyd ediblər.