İxtisarları arasında fərq olmayan “meqabayt” və “meqabit” sözləri bir-birindən hansı məna ilə fərqlənir? Meqabayt “ MB”, meqabit isə “Mb” kimi yazılır.
İlk olaraq “bit” anlayışının nə demək olduğuna nəzər yetirək?
“Bit” ən kiçik informasiya ölçü vahididir. 8 bit bir araya gəldikdə 1 bayt yaranır. 1 meqabit əslində 1 milyon bit deməkdir. 1 meqabayt yaranması üçün 8 meqabit olmalıdır. Sabit faylları, diskləri, multimedia məhsullarının ölçüsünü müəyyənləşdirmək üçün “bayt”dan, internet sürətini, internet üzərindən olan məhsulların sürətini ölçmək üçün isə “bit”dən istifadə olunur.
“Meqabit” ölçü baxımından “meqabaytdan” kiçik olduğu üçün onun qısaltmasında kiçik “b” hərfindən istifadə olunur.
İnternetin sürətini ölçərkən “meqabitdən” əlavə ingiliscə “per second” tərcüməsi (hər saniyədə) birləşmənin qısaltması (ps) əlavə olunur. Nəticədə, internetin sürətini ölçmək üçün hər rəqəmin sonunda “Mbps” qısaltması ortaya çıxır.
“Meqabitdən” “meqabayta” keçmək üçün mövcud rəqəmi 8-ə vurmaq lazımdır. “Meqabaytdan” “meqabitə” keçmək üçünsə 8-ə bölmək lazımdır. Hesablamalarla aranız yaxşı deyilsə, o zaman hazır çevirmə funksiyasından istifadə edin. “8 MB to Mb” və ya “8 Mb to MB” şəklində olur.
“Meqabayt” və “meqabit” arasındakı fərqi niyə bilməliyik?
Müasir dövrdə internetdən istifadə etməyən şəxs çox azdır. Hər birimiz üçün internet çox əhəmiyyətlidir. İnternetin özü qədər onun sürətli olması da mühümdür. İnternet sürətini ölçərkən “meqabayt” və “meqabitin” qarışdırılması isə heç də sərfəli deyildir. Misal olaraq, 100 Mbps ölçüsünü 100 MBps ilə qarışdırmamalısınız. Çünki 100 Mbps əslində saniyədə 12, 5 MB sürətinə uyğun gəlir. Bu bir ticarət hiyləsi də ola bilər. Adətən , bu ölçü vahidini fərqləndirə bilməmək, açılışını bilməmək sizdə yanlış məlumat formalaşdırır. Təbii ki, bu fərqi bilmək həm də internet alışı zamanı da yardım edir. İnternet serveri ilə aranızda baş verə biləcək anlaşılmazlığı da aradan qaldırır.
İnternetdən mütəmadi istifadə edənlər, internet sürətinin yüksəkliyinə xüsusi önəm verənlər üçün bu fərqləndirmə xüsusi önəm kəsb edir.
Əgər siz internetinizin sürətinə mütəmadi nəzarət edirsinizsə, sürət yüksəkliyi sizin üçün əhəmiyyətlidirsə, xüsusi ölçü proqramlarından istifadə edə bilərsiniz.
İnternetin sürətini ölçmək üçün hansı proqramlar var?
SpeedTest.net
D-smart.net
CHIP online internet sürəti testi
Bu proqramlar vasitəsilə internetinizin sürətini yoxlaya bilərsiniz.
Yaqut Ağaşahqızı, “İki sahil”