15 aprel 2019 16:04
1625

Qobuda qəza – ölən var

Aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, qəza nəticəsində N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.