19 aprel 2019 18:09
702

“Qarabağ”dan mövsümün rekordu

“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb.

“İki sahil” PFL-ə istinadən xəbər verir ki, bu, XXV turun “Keşlə” ilə görüşünə təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bunadək “Səbail” (2:1), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1) və “Sabah”a (3:0) qalib gəlib.

“Qarabağ”ın bu seriyası mövsümün rekordudur.