22 aprel 2019 11:46
910

Daniil Kvyat: Bakı trası maraqlı trasdır

Bakı trası maraqlı trasdır, bir çox çətinliklər yaradır.

Trend-in məlumatına görə, bunu “Toro Rosso” Formula 1 komandasının rusiyalı pilotu Daniil Kvyat deyib.

O bildirib ki, bu trasda müxtəlif elementlər mövcuddur, ona görə də burada hərəkət etmək maraqlıdır:

“Bu trasda ötmə üçün çoxlu imkanlar var, uzun düz yollar digər bolidlərlə mübarizə aparmağa imkan verir. Tras çox maraqlı və tələbkardır. Burada əyləc baxımından çox diqqətli olmaq lazımdır”.