Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında ABŞ-Azərbaycan Ticarət Palatası, GMN (Global mediators and negotiators) beynəlxalq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar keçirilib.
Vəkillər Kollegiyasından bildiriblər ki, dünyanın bir çox ölkələrində keçirilən seminarların davamı olaraq bu il ölkəmizdə səfərdə olan ekspert, hüquq elmləri doktoru Deniz Güner tərəfindən “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” və digər mövzularda vəkillərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırlıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq