17 may 2019 11:16
452

Beşmərtəbəli binada yataq dəsti yanıb

Tərtər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan ikiotaqlı mənzilin 1 otağında 2 m² sahədə yataq dəsti yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.