25 may 2019 16:48
833

İrandan ABŞ-a qarşı müharibə BAŞLADACAQ HƏMLƏ

ABŞ-ın Körfəz bölgəsinə göndərdiyi hərbi gəmilərini “gizli silahlarla” batıra bilərik.

Publika.az xəbər verir ki, bu barədə İranın hərbi komandanlığı məsləhətçisi Murtaza Kurbanı bəyanat verib.

Rəsmi xəbər agentliyi Mizana açıqlama verən Kubani ABŞ-ı açıq şəkildə təhdid edib.

“Amerika bölgəyə iki hərbi gəmi göndərir. Kiçik bir axmaqlıq etsələr, nüvə və yeni gizli silahlarımızla hərbiçiləri, təyyarələri ilə birlikdə dənizin dibinə basdırarıq”.

Qeyd edək ki, Kubani bu açıqlamanı ABŞ-ın İrana qarşı Yaxın Şərqə 1500 əsgər göndərəcəyi bəyanatından sonra verib.