04 iyul 2019 10:50
983

Torbaçı Əli Kərimlinin dilənçilik marafonu

Vəzifə hərisliyi mərəzinə düçar olan “kreslo həsrətlilərindən” söhbət düşəndə adı birincilər sırasında çəkilən, hələ də “bəlkə də qaytardılar” monoloqunu təkrarlayan  AXCP sədri Əli Kərimlinin çıxmadığı hoqqalar qalmadı. SOROS-un qapazaltısı, FETÖ-nün tulapayına möhtac olan bu zat ermənipərəst dairələri, dini radikalizmi təbliğ edənləri, terror törədənləri dəstəkləməklə, xarici dairələri təlimatlandırmaqla da xəyanətlərini davam etdirir.

Özünü “ana müxalifətin” aparıcı simalarından hesab edən Əli Kərimli siyasətdə naşı olduğunu bütün məqamlarda əməli ilə təsdiqləyir. Dağıdıcılıqda tayı-bərabəri olmayan “islahatçı sədr”in ideyası Azərbaycana qərəzli mövqedə dayanan xarici ölkələrlə əlaqələrini möhkəmləndirmək, təxribatçı qüvvələrlə birgə çalışmaqdır. “Fəaliyyətinin” bütün məqamlarında, başabəla çıxışlarında xalq, dövlətçilik əleyhinə böhtanlar yağdıran sədrin “siyasi karyerasında” ermənilərlə işbirliyini təsdiq edən amillər istənilən qədərdir. Ermənilərdən başqa dünyada məşhur olan terrorçu qrup və radikal islamçı təşkilatlarla da əlaqə yaradaraq Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün “xidmətləri” də əvəzsiz qalmır. “Mən Azərbaycan dilində yalnız söyüş söyürəm” deməklə xalqımıza yuxarıdan aşağı baxmağı ilə fəxr edən erməni Leyla Yunus-Barseqyan, xarici ölkələrdə  Azərbaycanla bağlı keçirilən tədbirlərdə bayrağımıza hörmətsizlik edərək arxasını çevirən Xədicə İsmayıl kimilərə dəstək göstərən, “beşinci kolon”u, respublikamızdan kənarda “ mühacir şəbəkəsi”ni formalaşdırmaqla pis niyyətlərini həyata keçirən Əli Kərimlinin düşərgədə mənəviyyatsızlıq simvolu adlandırılması da təsadüfi deyil. Partiyalar arasında nifaq salmaqla əməllərini sığortalayan, anti-Azərbaycan təbliğatı sahəsində birincilər sırasında dayanan “islahatçı sədr”in xəyanətlərinə alternativ ola bilməz, “Milli Şura” adlı qurama təşkilat yaranandan özünü bu qurumun mütləq sahibi hesab edərək,  başqalarına böhtan atmaqla məşğul olan, “ erməni lobbisinin fəxri üzvü, dayısı” adını daşımaqdan utanmayan bu “siyasətçi” həmişə şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirir.

Düşərgədə qarışıqlıq salmaq, prezident seçkilərində “vahidlik” şansına yiyələnmək üçün mövqeləri tərs mütənasib olan partiyalarla eyni zamanda, separat danışıqlar aparan Əli Kərimlinin bu “bacarığı” isə həmişə sadiq qaldığı xəyanətkarlıq əqidəsinə tam uyğundur. İnhisarında olan KİV-lər, sosial şəbəkələr vasitəsilə əzəli və əbədi rəqibi Müsavata qarşı  cəbhə yaradan , “dostlarını” ittiham edən Əli Kərimlinin adını anadan olduğu Azadkənd kəndinin (Saatlı rayonu) sakinləri belə nifrətlə çəkirlər. Azərbaycana qarşı təxribatlardan “bəhrələnərək” daxili çirkinliklərini ortaya tökən Əli Kərimli komandasının yeganə məqsədi havadarlarının əlaltısına çevrilməklə daha çox qranta sahib olmaqdır.

Ölkəmizə olan maraqları, isti münasibətləri xarici havadarlarının böhtan kampaniyası ilə qaralamağa çalışan Əli Kərimli və “Milli Şura”da toplaşan eyni əqidəli radikallar Azərbaycan xalqının sevinclə qarşıladığı bütün islahatlara , yeniliklərə məkrli don geyindirərək qara yaxmağa çalışırlar. Əli Kərimlini düşərgənin irinli yarası, kor bağırsağı adlandıranların qeyd etdiyi kimi, ustadına kəm baxan belələri dünyaya xəyanət mücəssəməsi kimi gəlir, ətrafı zəhərləyirlər.

Bu günlərdə ianə toplamaq adı ilə dilənçilik marafonu təşkil edən Əli Kərimlinin çoxsaylı adına daha biri əlavə olunub: Torbaçı.

İllər boyu Müsavatı qaralayan məkrbazın bu əməlinin də arxasında Azərbaycana qarşı böhtan kampaniyası dayanır. Düşərgə mənsublarının dediyinə görə, Əli Kərimlinin “torbaçı”lığının əsasında da məkrli niyyət dayanır. “Mənəmlik” xəstəliyinə düçar olan, müxalifətə yeni lider gəlməsindən xoflanaraq dəryada balıq, səhrada qum sevdasına düşən bu araqarışdıran iblis kimi,  əlaltıları da diqqəti özlərinə çəkmək üçün “ianə marafonu” keçirmək qərarına gəliblər. Bu “təşəbbüslərini” isə nədənsə “mehriban düşmən” olduqları Müsavatın qərargahında gerçəkləşdirdilər. Hüquq mühafizə orqanları ictimai asayişin qorunması üçün vəzifələrini yerinə yetirəndə Əli Kərimlinin agent şəbəkəsi, trolları “müxalifətin əsas liderini həbs etdilər” hay-küyü salıb, vay-şivən qopardılar. Cari ilin 19 yanvar mitinqindən sonra “ölkədə bütün islahatlar mitinqə görə edilir” iddiasını yeniləmək üçün bu “marafon”dan vasitə kimi, istifadə edən çete üyələrinin “təkcə bu gün AXCP sıralarına 45 nəfər yeni üzv qəbul edildi”” açıqlamaları da xəyallardan başqa bir şey deyildir. Görünür onlar AXCP-dən istefa verənlərlə yeni üzvlərin sayını səhv salıblar. Marafon adı ilə  dövlətə qarşı itaətsizlik çağırışları səsləndirən, Azərbaycanın milli maraqlarına qarşı çıxdığını “şeytanla da əməkdaşlığa hazıram” tezisinə sadiq qalmaqla gerçəkləşdirən Əli Kərimli asayişi pozmaqla kifayətlənməyib, sevimlisi Leyla Yunus kimi polisə qarşı itaətsizlik göstərmiş, hüquq qaydalarını pozmuşdur.

Sələfi Əbülfəz Elçibəyə qarşı apardığı kampaniyaları ilə ətrafındakıların nifrətini qazanan Əli Kərimli ermənilərə rəğbət bəsləyən oğlunu da özü kimi Vətənə xəyanətkarlıq ruhunda tərbiyə edir. İntriqabazlığı, başqalarına atdığı böhtanları ilə məşhurlaşan “islahatçı sədr” naqis əxlaqi keyfiyyətləri ilə ətrafı çirkləndirir. Çirkab bataqlığının həşəratı kimi ətrafa üfunət yağdıran bu buqələmun dövlətimizə qarşı apardığı xəyanətlərinə görə qanun qarşısında cavab verməli, ictimai qınağa çəkilməli və lənətlənməlidir. Necə deyərlər, həvəsdi, bəsdi. Ölünü öz başına qoysan kəfəni belə yırtar. Əli Kərimli kimi siyasi ölülərə Vətən torpağında yer olmamalıdır.

Xuraman İsmayılqızı, “İki sahil”