Diktatura rejimi ilə idarə olunan Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasına qəbulu ilə bağlı istəyi demokratik dəyərlərə ziddir
Ermənistanın baş naziri Nikol Paşinyanın “köhnə hamam, köhnə tas” siyasətindən təngə gələn insanlar yenə küçələrə axışırlar. Meydan, küçə hərəkatı ilə hakimiyyətə sahiblənən, səsucaldıcı vasitəsilə verdiyi vədləri artıq pıçıltı ilə belə səsləndirməkdən ehtiyat edən, erməni xalqına verdiyi vədlərin yerinə yetirilməsinin qeyri- mümkün olduğunu yəqinləşdirən Paşinyan özünə imic qazanmaq üçün korrupsioner hökumətdən miras qalan mənimsəmə, rüşvətxorluq hallarını aşkarlamaqla hakimiyyətdə yerini möhkəmlətmək üçün vaxt qazanır. Amma göründüyü kimi istəyinə nail ola bilmir. Xarici ölkələrə səfərləri zamanı Qərbin yağlı tikəsinin həsrətində olsa da, nəsibi qapı arxası olan baş nazirin parlamentli dövlət qur(a)maq səyi də istənilən nəticəni vermədi. Zaman-zaman “ Rusiya, ya Qərb” dilemması arasında etdiyi gedişin də işə yaramadığını görən, əlində investisiya yönümlü paketi, yaxud birgə əməkdaşlıq üçün fəaliyyət proqramı olmayan Paşinyanın heç əvvəlindən iqtisadi inkişaf konsepsiyası belə olmayıb. “Ermənistanın gələcəyi naminə çalışdığı” görüntüsü yaratmaq istəyən Paşinyanın boşuna vaxt sərf etdiyini artıq hamı bilir. Rusiyanın soyuq münasibətindən donan, bütün hallarda öz mənafeyini düşünən Avropa dövlətləri rəsmilərinin sərt rəftarından çəkinən Paşinyanın özü üçün “mülayim iqtisadi iqlimə malik” məkan axtarmaq cəhdi baş tutmur. Hakimiyyətə gələn kimi qarşıdurma yaratmaqda mahir olduğunu KTMT-də törətdiyi münaqişə ilə bildirən Paşinyana bu qurumda da etibar və etimad demək olar ki, tükənib. “ Qarabağ klanı”na qarşı yaratdığı qarşıdurmadan başqa yaddaqalan elə bir fəaliyyətinin olmadığını etiraf edən, Azərbaycana məxsus mənəvi dəyərləri oğurlamaqla özününküləşdirən ermənilər ölkələrini “özününküləşdirib”, müstəqil dövlət kimi tanıda bilmirlər. Davos İqtisadi Forumunda, başqa görüşlərdə iştirak edən dövlət və hökumət başçılarının baş nazirə biganə münasibəti də təsdiqləyir ki, işğalçılıq siyasətini davam etdirən Ermənistanın Qərb sərmayələrini cəlb etmək səyi ancaq xəyal ola bilər.
Ən əsası isə ABŞ rəsmilərinin İrəvana səfərindən sonra Ermənistana sərt üzünü göstərən Rusiya forpostuna verdiyi qazın qiymətini qaldırmaqla kifayətlənməyəcək, başqa cəza tədbirləri də görəcək.
“Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb” söyləyən cənab İlham Əliyevin reallığa əsaslanan bu sözlərini indi Paşinyan hakimiyyətinə etirazlarını meydanlara toplaşmaqla bildirən ermənilər təkrarlayır, illərdən bəri üzləşdikləri çətinliklərin hesabını tələb edirlər. Qısası, kabab iyinə hakimiyyətə gələn Paşinyan uzunqulaq dağlanmasının pis qoxusunu çəkməyə məcburdur.
Yəni, baş nazirin qısa müddətdə reytinqinin aşağı düşməsini təkcə etiraz aksiyaları təsdiqləmir. ABŞ-ın Beynəlxalq Respublika İnstitutu Ermənistanda yeni sorğu keçirib. Nəticələrə görə əhali prezident Armen Sarkisyana baş nazirdən daha çox etimad göstərib.
Beləki, sorğuda iştirak edən respondentlərin 56 faizi Nikol Paşinyanı, 61 faizi isə prezident Armen Sarkisyanı dəstəkləyib.
İqtisadiyyatı hələ də böhran içərisində qalan, ölkəsinin sərhədlərini Rusiyanın hərbçiləri qoruyan Paşinyan üçün “Vətən sərhəddən başlanır” sözlərinin də heç bir əhəmiyyəti yoxdur. Çünki Vətən o zaman müqəddəs olur ki, onu qoruyan bu torpağın yetirmələri olsun.
Arabir eşidilən, heç bir beynəlxalq hüquqa əsaslanmayan bəyanatları ilə əhalini sakitləşdirməyə çalışan işğalçı, oyuncaq hakimiyyətin məmurlarının sayıqlamaları da aksiyaların dayandırılmasına kömək etmir. Kriminal, korrupsioner, qaniçən, yalançı hakimiyyətin sabiq prezidentləri Sarkisyanın, Koçaryanın, oğru generalların tam iflasa uğratdığı Ermənistanın bu vəziyyətə düşməsinin səbəbinin işğalçılıq siyasəti olduğunu hələ də anlamayan, qlobal enerji və nəqliyyat layihələrindən kənarda qalan Ermənistanın gələcək üçün perspektivi yoxdur. Hər il 50-60 min nəfərin tərk etdiyi Ermənistanın demoqrafik vəziyyəti də acınacaqlıdır
Aprel döyüşlərinə, Günnüt əməliyyatına, Lələtəpədə dalğalanan üç rəngli bayrağımıza özlərinin sonu kimi baxan ermənilər Silahlı Qüvvələrimizin qüdrəti qarşısında aciz olduqlarını hər an hiss edirlər. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam””la “fəxr etdiklərini” bildirən ermənilərin bu orduları ilə bağlı “qürurları” da fiaskoya uğradı. Sadə erməniləri boş vədlərlə aldadaraq, zəbt etdikləri Azərbaycan torpaqlarında yerləşdirməklə işğala haqq qazandırmağa çalışan Ermənistan rəsmiləri bir həqiqəti unudurlar ki, separatçı rejimin keçirdiyi seçkiləri, referendumu heç bir dövlət, beynəlxalq təşkilat tanımır. Şərq Tərəfdaşlığına üzv ölkələrin sammitlərində dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin birmənalı şəkildə dəstəkləməsi o deməkdir ki, işğalçı Ermənistan istəsə də , istəməsə də Azərbaycan torpaqlarını tərk etməlidir. Azərbaycan heç vaxt ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Azərbaycan xalqı tarixi torpaqlarımızı heç vaxt unutmur və unutmayacaq. Nəinki Dağlıq Qarabağ, İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları da Azərbaycanın tarixi əraziləridir. Ermənistanın işğalçılıq siyasətindən səfil həyatı yaşayan, bu müharibənin dayandırılmasını istəyən erməni xalqının əksinə olaraq kənar qüvvələr tərəfindən idarə olunan, siyasi savadsızlığı bir yana, tarixdən də piyada olan, havadarlarının girovuna, qurbanına çevrilən
Paşinyan hələ də bunu anlamaq istəmir.” Çox təəssüf ki, hakimiyyətə gəlmək üçün xalqa xoş gün vəd edən Paşinyan da ölkəni tərk edən Sarkisyan, Koçaryan kimi düşünür. Artıq korrupsioner dövlətin iflasa uğradığını görən, Eçmiədzin kilsəsinin xalqı məhvə aparan çağırışlarından yorulduğunu bildirən xalq daha güclü aksiyalara başlayıb. Din xadimi olsalar da, insanlara mərhəmət, səbr, mehriban, dostluq öyrətmək əvəzinə onları qana sürükləyən keşişlərə qarşı etirazlarını bildirən ermənilərin inanıb, arxasınca gedəcəkləri rəhbərləri olmadığı kimi , gələcəyə ümidləri də tükənib. Yəni, daşnak ideologiyasının əsas prinsipləri olan qaniçənliyi, vəhşiliyi, qəddarlığı, faşizmə sadiqliyi genlərində daşıyan ermənilərin məhvə məhkumluqdan başqa yolları yoxdur. Ayıbına kor olmayan Paşinyanın daha bir sərsəmləməsi özlərini “demokratik ölkə” hesab etməsidir. Müstəqil daxili və xarici siyasəti olmayan Ermənistanın “baş diplomatı” Z. Mnatsakanyanın BMT-nin insan hüquqları şurasındakı çıxışında ölkələrində yaranan nizamsızlığı demokratiya hesab etməsi köpəyin aya hürməsinə bənzəyir. Əslində diktaturanın hökm sürdüyü işğalçı ölkədə etnik təmizləmə siyasəti, vandalizm, separatçılıq, qaniçənlik adi haldır. Bu baxımdan iki əsrdə milyonlarla azərbaycanlını qətlə yetirən, Dağlıq Qarabağ müharibəsi zamanı 20 mindən artıq soydaşımızı öldürən bir dövlətin BMT-nin insan hüquqları şurasına seçilmək istəkləri qəbuledilməzdir və bu təsisatın təməl prinsiplərinə zidd olmaqla demokratik dəyərlərin, insan hüquqlarının tapdanılması deməkdir. Buna görə də beynəlxalq ictimaiyyət işğalçı, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin bu istəyinin baş tutmasına yol verməməlidir. Qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə vurulan maddi-mənəvi ziyanları təsdiqləyən, soydaşlarımızın qətlə yetirilməsini pisləyən BMT rəsmiləri bu məsələdə daha diqqətli olmalı, qəbul etdikləri qətnamələrinin əksinə olan yanlışlığa yol verilməməlidir. Diktatura rejimi ilə idarə olunan Ermənistanın özündə belə insan hüquqlarının pozulduğunu təsdiqləyən amillərin olduğu halda bu dövlətin “beynəlxalq səviyyədə insan hüquqlarının qorunmasına fayda verəcəyi” bağça uşaqlarının oxuduqları bir şeirə bənzəyir:
İlan dedi, qurbağa,
Nə salmısan bağ-bağa,
Mən ki, səni yemirəm.
Diri-diri uduram.
Xuraman İsmayılqızı, “İki sahil”