21 avqust 2019 15:26
642

Bu il Naxçıvanda 2 ümumtəhsil məktəb binası istifadəyə verilib

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.

Hesabatda bildirilir ki, həmçinin bu müddət ərzində Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, eləcə də digər əhəmiyyətli obyektlər istifadəyə verilib.