İran paytaxtı Tehranda meyvə tərəvəzin elan olunan qiymətlərinə əsasən, meyvə-tərəvəz bazarlarında 1 qutu ananasın (6-8 ədəd) qiyməti təxminən 500 min rial (rəsmi məzənnə 11,9, qara bazar 4,2 dollar) bahalaşaraq 1,6-2,4 milyon rial (rəsmi məzənnə 38-57, qara bazar 13,6-20 dollar) arasında satılır.
Trend-in məlumatına görə, bunu Tehranın Meyvə-Tərəvəz Mərkəzi Bazarı Birliyinin sədri Əsədulla Kargər deyib.
Ə.Kargərin sözlərinə görə, hər 1 kq zoğalın qiyməti 120-200 riala (rəsmi məzənnə 2,85-4,76, qara bazar 1-1,7 dollar) satılır.
Aşağıdakı cədvəldə Tehran bazarındakı bəzi məhsulların qiymətləri qeyd olunub:
| 
 Məhsul  | 
 Çəki  | 
 Qiymət (rialla)  | 
| 
 Ananas  | 
 1 qutu (6-8 ədəd)  | 
 1,2-2,4 milyon  | 
| 
 Zoğal  | 
 1 kq  | 
 120-200 min  | 
| 
 Tüksüz şaftalı  | 
 1 kq  | 
 60-110 min  | 
| 
 Banan  | 
 1 kq  | 
 100-120 min  | 
| 
 Gilas  | 
 1 kq  | 
 160-240 min  | 
| 
 Qırmızı kələm  | 
 1 kq  | 
 15-30 min  | 
| 
 Limon  | 
 1 kq  | 
 70-120 min  | 
| 
 Yerkökü  | 
 1 kq  | 
 25-45 min  | 
| 
 Manqo  | 
 1 kq  | 
 120-180 min  | 
| 
 Əncir  | 
 1 kq  | 
 30-70 min  | 
| 
 Üzüm  | 
 1 kq  | 
 40-90 min  | 
| 
 Göyərti  | 
 1 kq  | 
 15-25 min  | 
| 
 Pomidor  | 
 1 kq  | 
 15-30 min  | 
| 
 Alça  | 
 1 kq  | 
 30-90 min  | 
| 
 Çiyələk  | 
 1 kq  | 
 70-170 min  | 
Qeyd edək ki, İranda rəsmi məzənnə ilə 1 dollar 42 min rial, qara bazarda isə 117 min rialdır.