10 sentyabr 2019 10:07
1315

Koko Şanelin 7 uğur üsulu

Dünya tarixində öz dərin yerini qoymuş Koko Şanel...

Uşaqlıqda atası tərəfindən atılmış bu qız yetimxanada böyüyüb. Bəs o bu şöhrətə və müvəffəqiyyətə necə sahib olub?

Dunyaya fərqli gozlə baxan Qabriel (Koko) Şanel hər səhər yeni dünyaya gəlmiş kimi oyanardı. Həmin gün keçmişdə heç bir şey baş verməmiş kimi yaşayardı. Onun uşaqlığı və gəncliyi çox sıxıcı və mənasız keçib. Yalnız buna baxmayaraq o, yaddaşından bütün bu günləri silə bilirdi. O, öz gününü yeni fikirlərlə və gələcək bioqrafiyasını yazmaqla keçirirdi.

Həyatında qarşılaşdığı maneələr onu fikrindən ayırmırdı. Düşünürdü ki, maneələr daha da onun yolunu açır. O, dərzilikdən heç nə bilmirdi və tam təcrübəsiz idi. İlk dərziliyini kişi cersisi (cersi - toxunma ipək, yun və s. parça və bu parçadan tikilən paltar) üzərində apardı. O, tikmirdi və çəkmirdi. Sadəcə parçanı manikenin üzərinə qoyub müəyyən formada kəsirdi. O dövrlərdə qadınların saçlarının uzun olması şərt idi. Bir gün Şanelin qaz kolonkasında saçı yanır və uzun saçlarını kəsmək məcburiyyətində qalır. Saçlarının qısa olması onu heç də utandırmır. Bununla da 1917-ci ildə qısa saç formaları dəbə gəlir.

Şanelin ətrafında hər insan ola bilmirdi. Yalnız yaxın dostları onun yanında olurdu. O, təsadüfə inanmırdı, buna görə də həyatında təsadüflər az olurdu. Dali, Kokto, Pikasso, Dyaqilev, Stravinskiy onun uşaqlıq dostları idi.

Sevgi Kokonun məktəbi idi, sevgililər isə Universiteti. Şanelin üstünlüklərindən biri də onun əks cinsi maraqlandıra biləcək xarakterlərinin olması idi. Onun aşiqləri çox olub: Böyük knyaz Dmitriy, şair Pyer Reverdi, Pol İrib və.s. At sürməyi, ingilis dilini, ovçuluq etməyi, tennis oynamağı Şanel öz aşiqlərindən öyrənmişdi. Həyatında önəmli şəxs olan Ernest Bo ona “Chanel № 5” ətirini yaratmaqda yardım etmişdi.

Koko Şanelə qədər qara rəng bədbəxtlik və matəm rəmzi kimi hesab olunurdu və səbəbsiz geyinilmirdi. Amma Şanel qara rəngin daha qlamur və gözəl olduğunu elan etdi. O, dünyaya əksəriyyətin baxdığı gözlə baxmırıdı. Şanelin dəbində qara rəngin öz özəlliyi var idi. Və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırmışdı.

Azadlıq onun daxili həyatının aksiomu idi.

İnsan xoşbəxt görünürsə, o gözəldir. Xoşbəxtlik onun üzünə çökər və gözəl görünməyinə kömək olar. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, daima gülümsəyərdi. Kifir qadın yoxdur sadəcə özünə baxmayan qadın var.

Röya Rasimqızı,

“İki sahil”