13 sentyabr 2019 11:31
684

Nazir: Vergi islahatları nəticəsində cari ildə dövlət büdcəsinə daxilolmalar artıb

Vergi islahatları nəticəsində cari ilin ötən dövründə əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergidaxilolmaları əhəmiyyətli şəkildə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş verən “ağarma indikatorları”nın rolu burada həlledici olub.