Azərbaycanda İsrailin “Israel Aerospace Industries LTD” şirkətinin nümayəndəliyi açılıb. Vergilər Nazirliyi şirkətin nümayəndəliyini dövlət qeydiyyatına alıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22-dir. Şirkətin qanuni təmsilçisi isə İsrail vətəndaşı Braiman Zeevdir.