Bu gün səhər saatlarında Bakıdan Dubaya uçan “Fly Dubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İran Şiraz şəhərinin hava limanına məcburi eniş edib.
AZƏRTAC xəbər verir ki, təyyarənin yanına təcili tibbi yardım və yanğınsöndürən maşınlar gəlib. Şirazın beynəlxalq hava limanının rəisi Ehsan Ostavari jurnalistlərə bildirib ki, pilotlar təyyaradə tüstüləmə gördükdən sonra aeroportdan yenmək üçün icazə alıb və onlara icazə verilib.
Təyyarədəki 124 sərnişin və 6 ekipaj üzvü təxliyyə edilib. Şirkətin mütəxəssisləri hadisə yerinə yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə yola salınacaq.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb