19 oktyabr 2019 09:07
677

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib: ölən var

Aleut adalarında (ABŞ, Alyaska ştatı) sərnişin təyyarəsi təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə "KTUU" yerli telekanalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində bir nəfər həlak olub.

Daha öncə 12 nəfərin həlak olması barədə məlumat verilib.

Bildirilir ki, təcili enişdən sonra Vaşinqtondan olan 38 yaşlı bir kişi həlak olub.