05 noyabr 2019 11:56
854

"Traktor" dünyada BİRİNCİ OLDU: "Real"ı belə geridə qoydular

Almaniyanın "Transfermarkt" saytı ötən həftəsonu keçirilən və ən çox azarkeşin stadiondan izlədiyi oyunların siyahısını dərc edib.

Publika.az xəbər verir ki, siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun "Traktor" - İstiqlal" görüşü (2:4) yer alıb.

Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. "Borussiya" (Dortmund) - "Volfsburq" (Bundesliqa, 80 min 200) ikinci , "Real" - "Betis" (La Liqa, 70 min 375) oyunu üçüncü olub.

"Flamenqo" - "Korintians" (Braziliya çempionatı, 64 min 985) 4-cü , "Arsenal" - "Volverhempton" (Premyer Liqa, 60 min 383) matçı isə 5-ci sırada qərarlaşıb.