Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini bu gün Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.
Sərgi çərçivəsində KOB-lar sərgi ziyarətçilərinə öz məhsul və xidmətlərini təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar.
Noyabrın 8-dək davam edəcək “CASPINDEXPO 2019” Sərgisində Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra ölkələrin sənaye sahəsində fəaliyyət göstərən şirkətləri də təmsil olunur.
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub
Azərbaycanın qastroturizm imkanları İtaliyada keçirilən beynəlxalq festivalda təqdim olunub
Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir
Azərbaycan Respublikasının nümayəndə heyəti MDB iştirakçı dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 30-cu iclasında iştirak edib
Dövlət Xidmətinin nümayəndəsi Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib