21 noyabr 2019 13:58
890

İran Rusiyadan 5 milyard dollar kredit alır

"İran dəmir yolu və enerji layihələrini həyata keçirmək üçün Rusiyadan 5 milyard ABŞ dollarə borc alacaq".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Energetika naziri Reza Erdakanian deyib.

Onun sözlərinə görə, sabah bu məsələ ilə əlaqədar Moskvaya səfər edəcək və Rusiyadan olan həmkarı Aleksandr Novak ilə görüşəcək.

"Həmin vəsait ürmüzgan əyalətindəki 1 400 meqavatlıq elektrik stansiyasının inşası və dəmir yolu xətlərinin bərpası çün istifadə ediləcək", - deyə nazir qeyd edib.