29 noyabr 2019 16:13
1900

Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.