Tanınmış aktrisa Pərvin Abıyeva bir neçə gün əvvəl ayrıldığı sevgilisi, polis leytenantı Murad Abdullayevə söz atıb.
Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva İnstaqramda hekayə bölümündə “İşdən çıxarılmağına görə sevdiyi insandan imtina edən heç kimə lazım deyil” sözləri qeyd edilən şərhi paylaşıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb. Buna səbəb onun Pərvin Abıyeva ilə ad günü partisində yayılan videosu olub.
Murad Abdullayev mətbuata açıqlamasında aktrisa ilə ayrıldığını və onunla sevgili olduğu üçün peşman olduğunu deyib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub