İstanbulda Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Qara dəniz Vəqfində Azərbaycan milli rəqsləri tədris olunur.
AZƏRTAC xəbər verir ki, dərslər Bengü Türk televiziyasının “Azərbaycan ruzigarı” proqramının müəllifi və aparıcısı, eyni zamanda, Türkiyədə milli rəqslərimizi təmsil edən həmyerlimiz Səidə Ömər tərəfindən verilir.
Uzun illər Azərbaycan xalq rəqslərini Bakıda tədris edən S.Ömər Türkiyədə də bu ənənənin davam etdirilməsinə ehtiyac olduğunu bildirib. O, İstanbulda keçirilən dərslərdə Türkiyədə yaşayan həmyerlilərimizlə yanaşı, türk vətəndaşlarının da fəal iştirak etdiyini deyib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub