Dörd il öncə Bakıya gəlmişdim. Xeyli dəyişikliklər olub. Buranın nizamlı və səliqəli olması çox xoşuma gəldi. Növbəti gəlişimdə şəhəri gəzəcəyəm. Çünki xeyli sevənlərim var.
"İki sahil" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında türkiyəli müğənni İrem Derici deyib.
“İki dəfə təşkilati məsələlərə görə Bakıya gəlməyim alınmayıb. Amma bu dəfə alındı. Gec olsa da, bu konsert effektli oldu. Buraya inanılmaz enerji ilə gəlmişəm. İnanın ki, Bakıya gələnə kimi xeyli dualar oxumuşam.
Bugünkü makiyajımı Azərbaycanın ən yaxşı stilisti Anar Ağakişiyev edib. Onu sizlərdən oğurlayacam (gülür). Məndən öncə Demet Akalın və Selin Ciğercinin görünüşündə dəyişiklik edib. Bu gün də məni özəl olaraq konsert üçün hazırladı”, - deyə müğənni qeyd edib.
Türkiyəli müğənni azərbaycanlı sənətçilərdən Röyanın səsini və mahnılarını bəyəndiyini bildirib:
“Röya çox xarizmatik xanımdır. Onu çox sevirəm. Eyni zamanda, son albomda gənc müğənni Aysunun “Yazsın mənə” mahnısı var. Bəlkə, növbəti gəlişimdə o mahnıya Bakıda klip çəkdirdim.
Türk gənc müğənnilərdən çoxunu bəyənirəm. Edisi çox sevirəm. Darıxdıqca ona evlənmə təklif edirəm. Amma qəbul etmir (gülür). Aleyna Tilki artıq öz sözünü deyib. Reymen belə iki mahnı ilə məşhurlaşıb”.
Türk kişilərdən bezdiyini deyən İrem Derici azərbaycanlı sevgilisinə görə Azərbaycanda yaşaya biləcəyini qeyd edib:
“Azərbaycanda necə də mədəni, alicənab kişilər var. Türk kişilərdən bezmişəm. Əgər mənə görə yaxşı namizəd olsa, azərbaycanlı gəlini olmaq istəyirəm. Aşiq olsam, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır. Sevdiyim şəxsə görə musiqi istisna olmaqla, hər şeydən imtina edə bilərəm”.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub