Türkiyənin nüfuzlu radiosu olan Kral FM-də ən çox dinlənilən azərbaycanlı məşhurların adları açıqlanıb.
106.3 FM-nin aparıcısı Kazım Sübhan qonşu ölkə ilə tele-körpü edərək Azərbaycanda 2019-da ən çox dinlənilən əsərlərin adlarını açıqlayıb.
Siyahıda birinci müğənni Samir Cavadzadədir. O, sözləri Cəlal Qurbanova, musiqisi Erkinə məxsus "Sev məni" əsəri ( iki milyon baxış) liderdir.
İkinci Xalq artisti Aygün Kazımovanın Amerikada lentə aldığı "Ehtiyacım var" layihəsidir( 400 minə yaxın baxış) . Mahnının sözləri İsmayıl Əsədov, Saleh Səbata, musiqisi İsmayıl Əsədova məxsusdur.
Siyahıda üçüncü yeri isə Xalq artisti Röya Ayxanın Əminə adlı ifaçı ilə səsləndirdiyi "Yaz ayları" adlı aşıq mahnısıdır. Söz və musiqisi Aşıq Əhlimənə məxsus mahnı yeni aranjımanda təqdim olunub və "Youtube"da 5 milyondan çox baxış toplayıb. //qafqazinfo
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub