“İki ilə yaxındır ki, Rəhim Rəhimli ilə aramız soyuq idi, amma bu gün məclisdə idik, heç nə olmamış kimi görüşüb söhbət etdik”.
Bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram hesabında yazaraq müğənni ilə barışdığını qeyd edib:
“Söhbət əsnasında öyrəndim ki, Rəhimin ad günüdür və ürəyimdən onu təbrik etmək keçdi. Bilmirəm hisslərimi izah edə bilirəm ya yox, sənət üçün yaşayanları küsdürməyin. Rəhim sənə can sağlığı, uzun ömür və əsası, səhnədə olmağını arzu edirəm”.
Qeyd edək ki, qalmaqala səbəb Rəhimin “Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda “qurdluluq” edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən?” sözləri olmuşdu. //axsam.az
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub