Tanınmış müğənni Dilarə Kazımova Türkiyənin ən populyar layihəsi olan “Akustikhane”yə dəvət olunub. Əsasən fərqli və bənzərsiz canlı ifaların yer aldığı verilişdə müğənni sevilən mahnılarını səsləndirib.
"İki sahil" xəbər verir ki, Türkiyədə və onun sərhədlərindən kənarda geniş kütlənin rəğbətini qazanan “Akustikhane”də Dilarə Kazımova xüsusi sevgiylə qarşılanıb. Onun canlı ifa tərzi və mahnıları geniş izləyici marağına səbəb olub. İfaçı “Sarı gəlin”, “Qurban adına”, “Danış” da daxil olmaqla “Akustikhanə”də 8 mahnı ifa edib.
Sənətə gəlişiylə bağlı sualları cavablandıran müğənni bildirib ki, bu sahəni seçməsində onun yaradıcı mühitdə böyüməsinin xüsusi rolu olub. Konservatoriya təhsili isə onu peşəkar musiqiyə gətirib.
Qeyd edək ki, 2010-cu ildən yayımlanan “Akustikhanə” özünəməxsus tərzi və ifası ilə seçilən müğənnilərin səs və video yazılarını yayımlayaraq geniş auditoriya toplayıb.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub