Aktyor Rassel Krou "The Loudest Voice" serialında oynadığı rola görə "Qızıl Qlobus"u qazanıb, lakin Avstraliyadakı yanğınlar səbəbiylə ABŞ-da keçirilən mərasimə qatılmayıb.
Hollywood Xarici Mətbuat Assosiasiyasının (HFPA) yetmiş yeddinci "Qızıl Qlobus" mükafatlandırma mərasimi bazar günü Los-Ancelesdə keçirilib və NBC telekanalında canlı yayımlanıb.
Yeni Zelandiyada anadan olan, lakin əsasən Avstraliyada yaşayan aktyor mükafatlandırma mərasimində iştirak etməyib. Təşkilatçıların sözlərinə görə, aktyor ailəsini ölkəni bürüyən yanğınlardan qorumaq üçün evdə qalıb. Mərasimdə oxunan mesajda aktyor tuğyan edən fəlakətin insan fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb.
Avstraliyada milyonlarla hektar ərazi artıq yanıb, son aylarda yanğın 17 nəfərin ölümünə səbəb olub, minlərlə evi dağıdılıb, bəzi məlumatlara görə, 8 min koala və yüz minlərlə digər heyvan ölüb. Səlahiyyətlilər xilasetmə əməliyyatlarına gəmi və təyyarələr cəlb edib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub