Dünya Turizm Təşkilatının (DTT) yaydığı məlumatda bildirilir ki, Misirin turizm sektoru inkişaf yoluna qədəm qoyub və ötən il bu ölkəyə 13 milyona yaxın turist səyahət edib.
AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, DTT-nin iqtisadi məsələlər üzrə müşaviri və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının üzvü Səid əl Batuti Misirin turizm sektorunda inkişafın əsas səbəbinin ölkədəki sabitlik və turizm sektorunda əlverişli paketlərin təklif edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Misir hökuməti müxtəlif ölkələrdən turistlərin cəlb olunmasına xüsusi əhəmiyyət verir. Bu ölkələrin arasında İspaniya və İtaliya xüsusi yerə malikdirlər. Həmin ölkələrdə turizm sektorunun güclü inkişaf etməsinə baxmayaraq, ispan və italyan turistlər Misiri ucuz qiymətlərə və Qırmızı dənizin mənzərəsinə görə üstün tuturlar. Eyni zamanda, Misir dini turizm sahəsini də inkişaf etdirir.
DTT-nin müşaviri onu da əlavə edib ki, bu il açılışı olacaq Böyük Misir Muzeyi Avropadan, xüsusən Almaniyadan turist axınına səbəb olacaq. Ötən il 2,5 milyon alman turist Misirə səyahət edib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub