“Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm.”
Bunu açıqlamasında Azərbaycanın Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib.
“Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan qura bilərəm? Oynayacağım tamaşalar da yoxdur. Şəhər evində üçüncü mərtəbədə yaşayıram. Aşağı düşürəm, yuxarı qalxıram. Günümü belə yola verirəm”.
V.Kərimovun sözlərinə görə, maddi vəziyyəti normal olsa da, teatrdan uzaq düşməsi ona pis təsir edir.
“Prezident təqaüdü alıram, normal dolanıram. Maddi baxımdan şikayətim yoxdur. Səhhətim də qaydasındadır. Şükür, sağlamam. Ancaq mənəvi cəhətdən boşluqdayam. Tamaşa olsa oynayaram, iş olsa işləyərəm. Heç nə ilə başımı qata bilmirəm. Pirşağıda bir bağım var. Maşınım yoxdur deyə gedib əkin-biçinlə məşğul ola bilmirəm. Nəvələrlə başımı nə qədər qata bilərəm ki? Hərdən sənət dostlarımla görüşürəm. Tamaşalara xəbərim olanda gedirəm. Bəzən Afaq Bəşirqızı ilə telefonla danışırıq, onunla dərdləşirik. Bax, həyatım belə keçir”, – deyə Xalq artisti vurğulayıb.//azvision
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub