Azərbaycanda "iPhone 11 Pro" almaq məqsədilə qazanc əldə etmək üçün 100,6 “iş günü” işləmək lazımdır.
Bu barədə "Picodi" şirkətinin araşdırmasında qeyd edilir.
"Azərbaycanda bunun üçün 100,6 gün tələb olunacaq (“təmiz” orta qazanc 563,6 manatdır), bu da ötən ilin göstəricisindən 21 gün azdır”, - araşdırmada bildirilir.
Gürcüstanda isə "iPhone 11 Pro"nun dəyəri 82 “iş günü”nə bərabədir ki, bu da ötən ilin nəticəsindən 8 gün çoxdur.
Son rəsmi məlumatlara əsasən, bu ölkədə orta aylıq gəlir 1179,8 lari təşkill edib.//İnterfaks