Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib.
Publika.az xəbər verir ki, sənətçi bu dəfə rus dilində ifa etdiyi “Влюблена” (Vurulmuşam) mahnısını ekranlaşdırıb. Ekran işinin rejissoru Fərhad Əlidir. Müğənninin aşiq olmasından bəhs edən bəstənin müəllifləri isə Kamran Qafarlı və Rəşad Bağırovdur.
Maraqlısı odur ki, klipdə şou-biznesin məşhur simaları da yer alıb. Onlar arasında Xalq artistləri Murad Dadaşov, Miri Yusif, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Xəyyam Nisanov, Azad Şabanov, aparıcılar Nəsib Nur, Kamilə Babayeva və başqaları var. Klipdə şoumen Murad Dadaşov oliqarx, digər tanınmışlar isə onun qonaqları obrazını canlandırıblar.
İki gün davam edən çəkilişdə Röya Ayxan üç obrazda kamera qarşısına keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb. Dərin sinə dekolteli qırmızı libasda kamera qarşısına keçən ulduzun geyimi xüsusilə diqqət çəkib.
Layihənin baş prodüseri Vüsal Rzazadə, musiqi prodüseri isə Cavid Əhmədovdur.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub