Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.
Bu barədə Forumopera portalı məlumat yayıb.
Bildirilir ki, Y.Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballının açılışında birlikdə səhnəyə çıxmalı idi. Lakin həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib və nəticədə təşkilatçılar Y.Eyvazovun lehinə seçim ediblər.
Qeyd edək ki, Drezden Opera Ballı ilk dəfə 1925-ci ildə keçirilib və II Dünya müharibəsinin başlamasına qədər səkkiz dəfə baş tutub. 2006-cı ildə Drezdenin qurulmasının 800 illik yubileyi münasibətilə ənənə davam etdirilib. Bu vaxtdan etibarən Ball hər il təşkil olunur. //AZƏRTAC
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub