2019-cu ildə Azərbaycan 12 milyard 537 milyon 405,17 min kubmetr təbii qaz ixrac edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə təbii qazın dəyəri 2 milyard 366 milyon 833,84 min ABŞ dolları təşkil edib.
Ötən il təbii qaz ixracının ümumi ixracındakı payı 12,05 faiz olub.
2019-ci ildə ixrac olunan təbii qazın həcmi 2018-ci ildəki göstərici ilə müqayisədə 4 milyard 637 milyon 392,11 min kubmetr və ya 58,7 faiz, dəyəri isə 867 milyon 447,86 min və ya 57,9 faiz çox olub.